Xoruldama (rohnopatiya) – yuxu zamanı xoşagəlməz səsin yaranması.
Etiologiya.
Xoruldamanın əsas səbəbi yumşaq damağın hava axınında vibrasiya etməsidir. Xoruldamanın yaranmasına yardım edən amillər aşağıdakılardır: irsilik, çəkinin çox olması, burun tənəffüsünün çətinliyi, damaq badamvari vəzlərin hipertrofiyası (böyüməsi), alkoqolun, yuxu dərmanlarının qəbul edilməsi, ağır yorğunluq.
Klinik təzahürlər.
İlkin mərhələlərdə xoruldama müntəzəm olmur, adətən kürəyi üstündə yatarkən, sonta o, tədricən istənilən vəziyyətdə hər gecə baş verir. Ağır hallarda, artıq ümumi insan sağlamlığına təsir edən tənəffüsün qısa müddətli kəsilmələri (apnea) ilə müşayiət olunur.
Diaqnostika.
Xəstənin otolarinqoloq tərəfindən müayinəsi, qanın klinik analizi, holter monitorinqi, qan təzyiqinin monitorinqi, pəhriz həkiminin, kardioloqun, nevropatoloqun məsləhəti.
Müalicə.
Əgər xəstənin çəkisi çox olarsa, klinikamızda ilk növbədə onu azaltmaq üçün müalicə etmək tövsiyə olunur. Burun tənəffüsünün çətinləşməsi halında, onun bərpa edilməsini həyata keçiririk. Əgər xoruldamanın səbəbi yalnız yumşaq damağın sallanması olarsa, o zaman yumşaq damaqda incə ağrısız əməliyyat keçirilir (radio-dalğa elektrocərrahiyyəsindən, lazerdən istifadə edərək). Operativ müdaxilə nəticəsində yumşaq damaq möhkəmləndirilir və dartılır, bununla da xoruldama yox olur.