Burun boşluğu öndən arxaya doğru keçən prizma formasında olan kanaldır və özünəməxsus çəpərlə bölünmüşdür. O, qığırdaq və sümük strukturlarından formalaşır. Burun çəpərinin qabaq bölməsi burun boşluğundan kənara çıxır və xarici burnun formalaşmasında iştirak edir.

Burun çəpərinin əyrilikləri aşağıdakılara bölünürlər:

  • fizioloji,
  • zədə sonrası.

Fizioloji əyriliklərin – orqanizmin böyüməsi və inkişafı zamanı baş verən əyriliklərin əmələ gəlmə səbəbini belə izah etmək olar: burun çəpəri, böyümə prosesi qeyri-bərabər gedən struktur cəhətdən müxtəlif toxumalardan ibarətdir (sümük və qığırdaq), böyümə prosesi çəpərin bir hissəsində digər hissəsindən daha sürətlə gedir. Bu, burun çəpərinin əyriliyinə daha tez-tez səbəb olur.

Zədə sonrası əyriliklər mexaniki zədələrdən yaranır, adətən burun sümüyünün sınması ilə müşahidə olunurlar. Uşaqlıq dövründə yarandıqda, burun çəpərinin hətta kiçik zədələnməsi onun böyümə prosesinin düzgün getməməsinə gətirib çıxara bilər və bu halda həm xarici burnun, həm də burundaxili strukturların cərrahi müalicəsi zərurəti yaranır.

Simptomatika

  • Burun tənəffüsünün müxtəlif dərəcədə təzahür edilən çətinləşməsi. Burun tənəffüsünün həm yüngül pozulması, həm də tam olmaması müşahidə edilə bilər;
  • Tez-tez baş verən sinusitlər (qatmoritlər, etmoiditlər, frontitlər ). Burun tənəffüsünün pozulması halında ifrazın burunətrafı ciblərdən xaricə axıdılması pozulur. İfraz durğunlaşır və iltihab prosesinə səbəb olan bakteriyaların inkişaf üçün əlverişli mühit olur;
  • Müxtəlif xarakterli burun ifrazı;
  • Səsin dəyişməsi (burnunu çəkmə);
  • Baş ağrısı;
  • Xoruldama;
  • Xarici burnun deformasiyası zədə xarakterli əyriliklər ilə birlikdə əmələ gəlir.

Qeyd etmək lazımdır ki, burun tənəffüsünün  pozulması işemik ürək xəstəliyi, hipertoniya, astma və digər xroniki xəstəliklərin kedişatını ağırlaşdırır.

Çəpərin əyriliyi halında burun tənəffüsünün korreksiyası üsulları

Bu xəstəliyin müalicəsi – yalnız cərrahidir.
Əməliyyat ümumi anesteziya altında, eləcə də yerli anesteziya altında həyata keçirilir. Bütün manipulyasiyalar üzdə kəsiklər etmədən, burnun daxilində (endonasal) həyata keçirilir. Əlçatma burnun içərisində əldə edilir, arakəsmənin əyri hissəsi ayrılır. Qığırdağın deformasiyaya uğramış hissəsi çıxarılır, sümük daraqları sındırılıb kənar edilir, qığırdaq xüsusi üsullarla düzəldilir və geri yerinə yerləşdirilir. Yenidən formalaşdılmış burun çəpəri xüsusi silikon lövhə və tıxaclar vasitəsilə bərkidilir. Burun tıxacları qanaxmanı dayandırmaq məqsədilə yerləşdirilir və 1-ci və ya 2-ci gün  çıxarılır. Silikon lövhələr 7-ci gün çıxarılır.

Bu əməliyyatın ağırlaşma hallarına burun qanaxması, burun çəpərinin perforasiyası (bütövlüyün pozulması), burun boşluğunun sinexiyası (böyümələr) daxildir.

Uşaqlarda əməliyyat 14-16 yaşına çatdıqda, burun tənəffüsünün ciddi pozulması halında isə 6yaşından sonra narkoz altında həyata keçirilir.

Xəstəxanada qalmağın orta müddəti – 1 gün
Yaxşılaşma dövrü təxminən 1-2 həftə

Odintsovo rinologiya mərkəzində septoplastika aparılması üçün aşağıdakı analizlər verilməlidir:

  • qanın ümumi analizi;
  • sidiyin ümumi analizi;
  • qanın biokimyəvi analizi (ümumi protein, qanda şəkər, xolesterol, bilirubin, AST, ALT, kreatinin, sidik cövhəri);
  • qan grupu və Rh faktoru;
  • HİV, hepatit B və C, Wasserman  reaksiyası üçün seroloji tədqiqatlar;
  • EKQ;
  • Döş qəfəsinin rentgenoqrafiyası;
  • Terapevtin məsləhəti;

Burunətrafı sinusların rentgenoqrafiyası və ya kompyuter tomoqrafiyası