Adenoidlər (adenoid vegetasiyaları, burun-udlaq badamvarı vəzi) (yunanca aden – vəz, eidos – forma) özlüyündə burun-udlaqdakı kiçik lenfoid formasiyaları təmsil edirlər.

Adenoidlər – orqanizmin faydalı hissəsidir. Onlar infeksiyaları və ətraf mühitin təhlükəli amillərinə qarşı davamlılıq yaradan immunoqlobulin ifraz edirlər. Uşağın tez-tez baş verən soyuqdəymələr və ya allergiya nəticəsində zəiflədiyi zaman adenoidlər böyüməyə başlayır. Statistikaya görə, adenoid böyümələri əsasən 3 – 7 yaşlı uşaqlarda müşahidə olunur, lakin həyatın ilk illərində də və cinsi yetkinlik dövründən sonra da ola bilər. Böyüklərdə burun-udlaq badamvari vəzi normalda tamamilə atrofiyaya uğrayır.

Adenoidlərin inkişafını təşviq edən amillər aşağıdakılardır: uşaqlıq dövrü yoluxucu xəstəlikləri (qızılca, skarlatina, difteriya), tez-tez təkrarlanan yuxarı tənəffüs yollarının virus və bakterial iltihabi xəstəlikləri, immun çatışmazlığı halları, allergiyaya meyllilik.  Əlverişsiz sosial və məişət şəraiti (rütubətli, qaranlıq və pis havalandırılan sahələr, keyfiyyət və kəmiyyət etibarilə qeyri-kafi qidalanma və s.) orqanizmin qoruyucu funksiyalarını azaldır, yuxarı tənəffüs yollarının kəskin və xroniki iltihabi xəstəliklərinə tez-tez səbəb olur, adenoid böyümələrinin inkişafına zəmin hazırlayır.

Adenoidlər burun-udlağın arxa yuxarı hissəsində (onun qübbəsində) yerləşir. Adenoidlərin ölçülərinin artması (hipertrofiyası) müxtəlif kəmiyyətlərə çata bilər. Hipertrofiya olmuş adenoidlər böyümüş limfoid toxuması ilə təmsil olunublar, yumşaq konsistensiyaya, nahamar səthə, geniş bazaya malikdir, çapıqlarla hissələrə ayrılmışlar. Adenoidlərin burun keçidlərinin daxili dəliklərinin (hoan) bilavasitə yaxınlığında yerləşdikləri səbəbindən, onların nəzərəçarpacaq qədər böyüməsi halında hoanlar müxtəlif dərəcədə bağlanırlar və burun tənəffüsü pozulur.

Adenoidlərin (udlaq badamvarı vəzinin) hipertrofiyası 4 dərəcəyə ayrılır: I dərəcə – adenoid vegetasiyaları hoanların dəliyinin 1/3 hissəsini bağlayır; II dərəcə – adenoid vegetasiyaları hoanların dəliyinin 1/2 hissəsini bağlayır; III dərəcə – adenoid vegetasiyaları hoanların dəliyinin 2/3 hissəsini bağlayır; IV dərəcə – hoanlar adenoidlərlə tamamilə bağlanıb. Bəzi müəlliflər adenoidlərin hipertrofiyasının üç dərəcəsini fərqləndirirlər.

Simptomatika:

  • Burun tənəffüsünün pozulması, zökəm, selikli ifrazın vaxtaşırı ayrılması, seliyin burun-udlağa axıb getməsi, gecə öskürəyi;
  • Açıq ağız ilə yuxu. Yuxu tez-tez narahat olur və yüksək səslə xoruldama ilə müşayiət edilir; uşaqlar yuxudan süst, əzgin qalxırlar;
  • Tez-tez baş verən soyuqdəymə xəstəlikləri. Mütəmadi soyuqdəymələr uşağın burun vasitəsilə sərbəst tənəffüs edə bilməməsi ilə əlaqədardır. Burun boşluğunun və burunətrafı ciblərin selikli qişası, normalda burun boşluğunu bakteriyalardan, viruslardan və digər xəstəliklərə səbəb olan amillərdən “təmizləyən” selik ifraz edir. Əgər uşaqda adenoidlər şəklində hava axınına maneə varsa, seliyin axını çətinləşir və infeksiyaların və iltihabi xəstəliklərinin inkişafı üçün əlverişli şərait yaranır;
  • Tez-tez baş verən orta qulaq iltihabları. Adenoid böyümələri eşitmə borusunun ağzını bağladığından, orta qulağın normal fəaliyyətini pozur. Belə halda orta qulaqda infeksiyanın penetrasiyası və inkişafı üçün əlverişli şərait yaranır;
  • Eşitmənin azalması. Adenoidlər, öztaki (eşitmə) borularını və udlaq dəliklərini bağlayaraq və orta qulağın normal havalanmasını pozaraq, eşitmənin azalmasına səbəb ola bilər, bəzən əhəmiyyətli dərəcədə. Erkən yaşda uşaqlar çətinliklə danışmağa başlayırlar;
  • Diqqətin, yaddaşın pozulması. Sübut edilib ki, burun tənəffüsü çətinləşdikdə, insan orqanizminin oksigenlə təminatı 12-18%-ə qədər azalır. Ona görə də, adenoidlər səbəbindən burun tənəffüsü cəhətdən çətinlik çəkən uşaqda daimi oksigen çatışmazlığı müşahidə olunur və hər şeydən əvvəl, bundan beyin əziyyət çəkir;
  • Baş ağrısı – burun boşluğunda olan durğunluq halları səbəbindən qanın və limfanın beyindən axınının çətinləşməsinin nəticəsidir;
  • Uşağın xarici görünüşünün dəyişməsi. Ağız  həmişə açıq qalır, alt çənə sallanır, burun-dodaq qırışları hamarlanır, sonrakı mərhələlərdə üz ifadəsi az mənalı olur, ağız künclərindən tüpürcək axır;
  • Dişləmənin pozulması. Davamlı ağız tənəffüsü üz kəlləsinin deformasiyasına gətirib çıxarır. Belə uşaqlarda səhv dişləmə, yüksək, sözdə qotik damaq müşahidə edilə bilər;
  • Tənəffüs yollarının iltihabi xəstəlikləri – faringit, laringit, traxeit, bronxit. Adenoid toxuması böyüməsi zamanı onda xroniki iltihab inkişaf edir. Bu, tənəffüs sisteminin aşağı bölmələrinə axaraq daxil olan seliyin və ya irinin daimi ifrazına gətirib çıxarır. Selikli qişadan keçərək, onlar iltihabi proseslərə səbəb olurlar – faringit (boğaz iltihabı), laringit (qırtlaq iltihabı), traxeit (nəfəs borusu iltihabı) və bronxit (bronxların iltihabı);
  • Gecə yataq islatma, pis iştaha. Burun tənəffüsünün çətinləşməsi səbəbiylə orqanizmin ümumi oksigen çatışmazlığının nəticəsidir.
  • Ön və arxa rinoskopiya (burun boşluğunun və burun-udlaq nahiyyəsinin müayinəsi);
  • Burun-udlaq nahiyyəsinin barmaqla müayinəsi;
  • Burun-udlaq nahiyyəsinin yan proyeksiyadan rentgenoqrafiyası.  Adenoidlərin ölçüləri heç də həmişə onların səbəbindən orqanizmdə baş verən  patoloji dəyişikliklərə uyğun olur. Bəzən hətta I-II dərəcəli adenoidlər burun vasitəsilə tənəffüsün çətinləşməsinə və eşitmənin azalmasına səbəb olur;
  • Burun boşluğu və burun-udlaq nahiyyəsinin endoskopik tədqiqatı (endoskop ilə müayinəsi). Bu üsul klinikamızda diaqnostik və müalicəvi məqsədlər üçün geniş istifadə olunur. Endoskopiyanın üstünlüyü qeyri-incidici, yüksək məlumatlı olmasıdır. Endoskop daxilində çox nazik optik lif olan bir borudur. Endoskopun bir sonluğunda obyektiv , o biri sonluğunda isə həkimin baxdığı okulyar olur. Burun və burun-udlaq nahiyyəsinin (adenoidlərin) daxili görünüşü ekranda göstərilir və valideynlər həkim ilə birlikdə burnun patologiyasını, o cümlədən adenoidləri və eşitmə borularının ağızları ilə əlaqələri görmək imkanı əldə edirlər. Müalicə barədə qərar dərhal verilir.

Diaqnostika:

Müalicə

Artıq qeyd etdiyimiz kimi, udlaq badamvarı vəzi özünün immunoloji tənzimləmə funksiyası olan bir orqandır. O, uşaq orqanizmini yuxarı tənəffüs yollarının infeksiyalara məruz qalmasından qoruya bilən immun sədd yaradır.  Buna görə də, bu patologiyanın müvafiq müalicəsinin seçilməsi uşaq otorinolarinqoloqunun düzgün qərar qəbul etməsini tələb edir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, adenoid vegetasiyalarının “həqiqi” və “yanlış” hipertrofiyası növləri mövcuddur.

Udlaq badamvarı vəzin hipertrofiyası onun şişkinliyi, tənəffüs traktının mukoçiliar sisteminin əziyyət verməsi (selikli örtüyün daşıma aktivliyi), patogen floranın aktivləşməsi , yəni xroniki adenoiditin kəskinləşməsi ilə xarakterizə olunur. Beləliklə udlaq badamvarı vəzin də ölçüsü artmış olur. Belə hallarda, konservativ müalicə kursuna ehtiyac yaranir.

“Həqiqi” hipertrofiyaya ocaq iltihabi dəyişiklikli burun-udlağın limfoid toxumasının hiperplaziyası səbəb olur. Belə olan təqdirdə, xroniki adenoiditin kəskinləşməsi simptomlarının qapanmasından sonra, uşağa cərrahi müalicə olan adenotomiya təyin edilir

Klinikamızda endoskopik adenotomiya (adenoidlərin endoskop nəzarəti altında kəsilməsi) həyata keçirilir.

Anesteziya: endotraxeal narkoz.

Əməliyyatın mahiyyəti hipertrofiya olmuş adenoid toxumasının  xüsusi alət – endoskopla nəzarət edilən adenot və ya ülgüc ilə kəsilməsindən ibarətdir.  Endoskopik texnikadan istifadə edilərkən, cərrah adenoid vegetasiyalarının maksimal kəsilməsini, əməliyyat arası qanaxmaların dayandırılmasını həyata keçirə bilər. Bunun sayəsində xəstəxanada qalmaq müddəti 6 saata qədər azaldılır (fərdi anatomik və digər xüsusiyyətlər olduqda bir günə qədər).

Əməliyyatdan sonrakı dövr

  • 5-7 gün ərzində isti və qaba ərzaq (qurudulmuş çörək, çörəyin qabıqları, və s.), acı, turş, duzlu xörəklər, şokolad istisna olunur.
  • Aktiv oyunlar məsləhət görülmür.
  • Ağırlaşmasız əməliyyat halında, uşaq əməliyyatdan 7-10 gün sonra uşaq bağçasına və ya məktəbə gedə bilər.

Ağırlaşmalar

Nadir hallarda rast gəlinir, bilavasitə əməliyyatdan sonrakı dövrdə daha çox rast gəlinən hal əməliyyatdan sonrakı yaranın infeksiyasıdır, az rast gəlinən hal isə adenoid toxumasının tənəffüs yollarına düşməsidir (yerli anesteziya altında əməliyyat zamanı, anesteziya altında əməliyyat zamanı praktiki olaraq mümkün deyil).

Təkrarlanmalar

Həqiqətən xəstəlik (adenoidlərin hipertrofiyası) əməliyyatdan sonra təkrarlanma ola bilər. Bu, ilk növbədə orqanın struktur xüsusiyyətləri ilə bağlıdır. Allergik diatez,  bronxial astma olan uşaqlarda əməliyyatdan sonra adenoidlər çox vaxt təkrarlanırlar.

Odintsovo rinologiya mərkəzində adenotomiya aparılması üçün aşağıdakı analizlər verilməlidir:

  • LOR həkiminin (otolorinqoloq) məsləhəti;
  • qanın ümumi analizi;
  • sidiyin ümumi analizi;
  • qanın biokimyəvi analizi (ümumi protein, qanda şəkər, xolesterol, bilirubin, AST, ALT, kreatinin, sidik cövhəri);
  • qan grupu və Rh faktoru;
  • HİV, hepatit B və C, Wasserman  reaksiyası üçün seroloji tədqiqatlar;
  • EKQ;
  • Döş qəfəsinin rentgenoqrafiyası;
  • Uşaq həkiminin məsləhəti;
  • Burun və burun-udlaq boşluğunun endoskopiyası və ya burun-udlağın yan proyeksiyada rentgenoqrafiyası.