Üz ifadəsi çox hallarda qaşlar vasitəsilə verilir: onların forması, yerləşməsi insanın xarici görünüşünə əhəmiyyətli dərəcədə təsir edir. Yaşa dolduqca, qaşlar aşağı enir, onların ətrafında qırışlar görünür, forması dəyişir, aydln konturlar yox olurlar. Bunun nəticəsində, yaşlı kədərli və yorğun üz formalaşır, qaşlar aşağı enir və vizual olaraq gözlər kiçilir. Bu effektin düzəldilməsinə qaşların qaldırması imkan verəcək.

Əməliyyatın üsulları

Qaşların plastikası müxtəlif üsullarla həyata keçirilə bilər. Universal üsullar yoxdur, onlardan hansının şəxsən sizə uyğun gəldiyini yalnız plastik cərrahın məsləhətindən və müayinəsindən sonra demək olar. Qaşların plastikası üsulunun seçimi dərinin vəziyyətindən və istədiyiniz nəticədən asılıdır.

Qaşların plastikası aşağıdakı üsullarla edilə bilər:

  • Qaşların gicgahdan qaldırılması
  • Qaşın üstündən qaldırılma
  • Qaşların koronar qaldırılması
  • Qaşların endoskopik qaldırılması
  • Tüklərin böyümə xətti üzrə qaldırılma

Cərrahın xəstə ilə birlikdə məsləhətləşmələri zamanı, maksimum cavanlaşdırıcı təsirə nail olmağa imkan verən bir üsul seçilir. Məsələn, blefaroplastika əməliyyatından sonrakı xəstələr üçün ən yaxşı həll qaşların bərkidilməsi ola bilər – əməliyyat qaşı daha yüksək səviyyədə “bərkitməyə” kömək edəcək, bununla da onun aşağı enməsinin qarşısını alacaq.