Otoplastika və ya qulaq plastikası, adətən yanlara çıxıntılı qulaqları baş nahiyyəsinə yaxın sıxmaq və ya böyük qulaq seyvanlarını kiçiltmək üçün edilir. Qulaqları yanlara çox çıxıntılı olan uşaqlar bir çox hallarda öz dostlarının məsxərəsi səbəbindən əziyyət çəkirlər. Altı yaşa çatdıqdan sonra qulaqların böyüməsi dayanır və bundan sonra otoplastika əməliyyatı – bu məsələnin həllinin cərrahi üsulu haqqında düşünmək olar.
Əksər hallarda, otoplastika 7 -13 yaş arası uşaqlarda həyata keçirilir. Hər iki qulaqların yenidən formalaşması üçün otoplastika əməliyyatı cəmi bir saatdan iki saatadək davam edir. Lazerdən istifadə edilməsi əməliyyatı qansız və ağrısız edir. Laser otoplastikası Azərbaycanda və xaricdə geniş tətbiqini tapmış sadə əməliyyatdır.