Liposaksiya və ya lipektomiya, hazırda estetik cərrahiyyənin ən tələb olunan əməliyyatıdır. Liposaksiya 1970- 1980-ci illərdə İtaliyada və Fransada işlənib hazırlanmışdır və yağ toxumasının dərialtı sahədən “vakuum yolu ilə sorulmasından” ibarətdir.
Aşağıdakı hallarda liposaksiyadan sonra xüsusilə yaxşı nəticələr müşahidə edilir: bütövlükdə xəstə əhəmiyyətli dərəcədə artıq çəkiyə malik deyil, lakin pəhriz və gimnastika hərəkətləri ilə təsir edilə bilməyən məhdud miqdarda yağ yığımlarına (“tələlərinə”) malikdir.
Bəzi insanlarda budların və ya dizlərin nahiyəsində nəzərə çarpacaq dərəcədə çox yağın yığışmasına anadangəlmə meyllilik olur; belə hal hamiləlikdən sonra qadınların qarın nahiyəsində müşahidə olunur. Liposaksiya üzdə çənə altında, süd vəzlərində, əllərdə və ya dirsək oynaqlarında həyata keçirilir.