Bu gün yalnız məşhur estrada ulduzları öz bədənlərinin gözəlliklərini saxlamaq və bərpa etmək üçün plastik cərrahların yardımına müraciət etmirlər. Demək olar ki, orta səviyyəli maliyyə imkanlarına malik olan İstənilən şəxs, buna ehtiyac olduğu halda, bu və ya digər plastik cərrahiyyə xərclərini ödəyə bilər. Bütün bunlar plastik cərrahiyyənin bir sahəsi olan intim plastikaya da aiddir.
İntim plastika – formasını böyütmək və ya kiçiltmək, habelə üzanmaların və izlərin və s. aradan qaldırılması məqsədilə cinsiyyət orqanlarının quruluşuna korreksiyalar etməkdir. İntim sahənin plastik cərrahiyyə əməliyyatına edilən təyinatlar estetik və ya bərpaedici ola bilər. Bərpaedici əməliyyatlar qadınlarda adətən doğuşdan sonra yaranan problemlərin aradan qaldırılması məqsədilə tətbiq edilir. Bunlara daxildir: vaginal əzələlərin ifrat uzanması, doğuş zamanı qoparmalardan sonra ortaya çıxan izlər, rəhm ağızının hipertrofiyası və s. Bu hallarda, intim plastika toxumaların itirilmiş tonusunu bərpa etməyə və cinsiyyət orqanlarının normal vəziyyətə gətirib çıxarmağa kömək edir.
Bu da öz növbəsində cinsi həyatın keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək. Plastik cərrahiyyənin həll edə biləcəyi digər problemlər – intim zona orqanlarının formasının ümumilikdə qəbul olunmuş standartlara estetik uyğunsuzluğu. Xəstələrin müraciət etdikləri ən çox yayılmış şikayətləri – uzanmış cinsiyyət dodaqları, onların böyüklüyü adətən nəinki yalnız psixoloji, həm də fizioloji narahatlıq gətirir.
Intim plastika himenoplastika məsələlərində də aktualdır. Bu, bakirəlik (qızlıq) pərdəsinin bərpa edilməsidir. Bəzi xəstələrə isə cərrahi deflorasiya tələb olunur. Müasir plastik cərrahiyyənin nailiyyətləri intim plastianın yüksək səviyyədə aparılması barədə danışmağa imkan verir. Problemin mahiyyətini anlamaqda və onun həllinin aktual yolunu seçməkdə yardım edən yüksək ixtisaslı mütəxəssislərə malik olan və özlərini müsbət cəhətdən göstərmiş klinikalar – yüksək nəticəyə nail olmağın ən yaxşı variantıdır. Intim plastika – cinsi həyatın keyfiyyətinin bərpa edilməsidir.