Dərinin yara izləri ilə zədələnməsi ciddi kosmetoloji problemdir. Əməliyyatdan sonra və zədələnmədən sonra əmələ gələn əhatəli yara izləri, bir qayda olaraq, dəri-plastik korreksiya olunmalıdırlar.
Əməliyyatdan sonra və zədələnmədən sonra, keçirilmiş iltihabi xəstəliklərdən (civzə) sonra əmələ gələn kiçik yara izlərinin korreksiyası üçün, biz lazer cilalanmasını “superpuls” rejimində işləyən skanlayıcı lazerlə və erbium lazeri ilə uğurla tətbiq edirik.
Lazerlərin birləşdirilmiş istifadəsi yara izlərinin səthinin 3 mikrona qədər dəqiqliklə yumşaq cilalanmasına imkan verir. Hipertrofik və keloid tipli yara izləri halında lazer cilalanması xüsusi əməliyyatdan əvvəl və sonra aparılan müalicə ilə tamamlanır.
Avatars by Sterling Adventures