Klinikamız xalların lazerlə ağrısız kəsilməsini təklif edir. İstisnasız olaraq bütün insanların üzünün və bədəninin dərisində bu və ya digər xoş xasiyyətli yenitörəmələr mövcuddur. Onların bəziləri – xallar (nevuslar), demək olar ki, doğulduğu andan əmələ gəlirlər və insanın həyatı ərzində yavaş-yavaş ölçüləri artır. Digərləri, məsələn keratomalar – ultrabənövşəyi şüalanmadan sui-istifadənin nəticəsidir. Papillomalar, ziyillər, kondipomalar, kontagioz mollyusklar isə – insan dərisinin viruslu infeksiyasının təzahürüdür.

Onların yaranmasının və yayılmasının əsas səbəbi isə immunitetin zəifləməsidir. Xalların kəsilməsi ağrısız və tez baş verir. Zərurət yarandıqda, daha dəqiq diaqnoz müəyyən etmək məqsədilə klinikalarımızda dermoskopiya keçirilir. Bu üsul yenitörəmələrin sərhədlərini və köklərinin dərinliyini dəqiq müəyyən etməyə imkan verir.