Üz dərisinin laserlə cilalanması – səthi relyefin hamarlanması, yeni hüceyrələrin və liflərin sintezinin lazer şüa ilə stimullaşdırılması üsuludur. : Hal-hazırda, bu məqsədlə lazerin iki növündən istifadə edilir: karbon dioksidli və erbivli. Lazerin növünün seçilməsi kosmetik qüsurun ciddiliyindən asılıdır, adətən eyni xəstədə lazerlər dəyişdirilir.
Əsas təyinatlar
1. Daha gənc məxməri dəri əldə etmək istəyi.
2. Kiçik və orta qırışları aradan qaldırmaq, dərin qırışları azaltmaq istəyi.
3. Əgər dərinizin yaşla və ya günəşlə əlaqəli pigmentasyası varsa.
4. Civzə səpgisindən sonra yara izləri.
5. Dərinin tonusunun azalması, onun yüngülvari sallanması.
Lazer şüası dərinizə necə təsir göstərir.
1. Müasir skanlayıcı lazerlərin işi, dərinin növündən asılı olaraq hər bir xəstənin dərisinə edilən təsirin gücünü, dərinliyini və vaxtını müəyyən edən kompüter vaitəsilə tənzimlənir. Bu, yalnız yenilənməsi vacib olan dəri hüceyrələri təbəqələrinin çox dəqiq və səliqə ilə çıxarılmasını təmin edir. Bundan əlavə, lazer şüası dərinin daha dərin qatlarındakı kollagenin sintezini stimullaşdırır, bu da dərinin elastikliyini və turgorunu təmin edir..
2. Laser şüasının enerjisi ciddi şəkildə kompüter tərəfindən nəzarət olunduğundan, bu əməliyyat zamanı dərinin dərin qatlarının zədələnməsi ehtimalı tamamilə ortadan qaldırılır.
3. Köhnə hüceyrələr qatlarının çıxarılmasından sonra, dəri dərin qatda yerləşən gənc ana hüceyrələri ilə bərpa ediləcək.
Əməliyyat
1. Lazer cilalanması venadaxili narkoz altında həyata keçirilir.
2. Əməliyyat 45-60 dəqiqə davam edir.
3. Siz ağrı hiss etmirsiniz.
4. Kəsiklər yoxdur.
5. Sarğılaryoxdur.
6. Lazer cilalanması yalnız üz dərisndə həyata keçirilir və boyun-çənəaltı qırışığından aşağı hissıləri əhatə etməməlidir. Boyunətrafı hissədə kimyəvi pilinqlər yerinə yetirməyə üstünlük verilir.
7. Əməliyyatdan sonra 5-6 gün ərzində cilalanmış sahəyə sağalmanı stimullaşdıran müxtəlif məlhəmlər (mazlar) sürtülür.
Bərpa olunma
1. Siz əməliyyat olunan günn və ya növbəti gün evə nəql olunursunuz.
2. Siz əməliyyatdan sonrakı növbəti gün duş qəbul edə bilərsiniz.
3. Şişkinlik orta və güclü dərəcələri arasında ola bilər. Bu vəziyyət üçüncü gündən azalmağa başlayır və 7-8 gündən sonra tamamilə keçir.
4. Siz müntəzəm olaraq üzünüzü yumalı və sağaldıcı məlhəmlər sürtməlisiniz.
5. Dəriniz sağaldıqdan sonra qırmızı rəngdə olacaq.
6. Xüsusi makiyaj qızartını tamamilə gizlədir.
7. Siz ən azı 3 ay günəş işığından qorunmalısınız.
8. Siz 10-15 gündən sonra işə qayıda bilərsiniz.
Nəticə
1. Siz daha cavan görünəcəksiniz.
2. Siz düz, hamar, məxməri dəri əldə edəcəksiniz.
3. Sızanaqdan sonrakı yara izləriniz kiçilməyə başlayacaq, onları makiyaj ilə gizlətmək daha asan olacaq.
4. Yaşla əlaqədar piqment ləkələriniz tamamilə yox olacaq.
5. Bu nəticə yalnız 6 aya qədər müddət ərzində yaxşılaşacaq.
6. Lazer cilalanmasının nəticəsi həmişə uzun sürən proses olur. İllər keçdikdən zəruri hallarda sonra siz əməliyyatı təkrar edə bilərsiniz.